Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalayıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
"Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək", - deyə Prezident bildirib.