22 Noyabr 2018 14:30
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük postunda spirtli içki və mobil telefonlar aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və ona gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik "Talka", 1 ədəd 0,7 litrlik "Хоrtitsa", 2 ədəd 0,7 litrlik "Beluga Translatlantic" markalı araqlar, 1 ədəd 0,7 litrlik "Chivas Regal" və 1 ədəd 0,75 litrlik "Glenfiddich" markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə1 ədəd "İphone X Space Gray", 2 ədəd "Alcatel 1066d", 1 ədəd "Jinga F200N", 1 ədəd "Micromax X2401" və 1 ədəd "Vertex" markalı mobil telefonlar aşkar edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən