Xarici işlər naziri Elmar Məmmədyarov Koreyaın Azərbaycana yeni təyin olunan səfiri Kim Tonq-opu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd ediblər.
Bu xüsusda, Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Koreya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin həyata keçirildiyini vurğulayan tərəflər bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini ifadə ediblər.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm infrastruktur layihələr haqqında məlumat verərək Koreya tərəfinin də bu imkanlardan faydalana biləcəyini bildirib.
Səfir Kim Tonq-op etimadnaməsinin surətini nazirə təqdim edib.