Milli Məclisin iclasında" 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib.
Teleqraf.com xəbər verir ki, sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.
Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.
İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub.
Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib.