7 Dekabr 2018 08:44
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, deputatların müzakirəsinə 21 qanun layihəsi təqdim ediləcək.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu, “Aviasiya haqqında”,“Dövlət borcu haqqında”, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “İnzibati icraat haqqında”, “Psixoloji yardım haqqında”, “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanun layihələri müzakirə olunacaq.

Həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında”, “Çayçılıq haqqında”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” layihə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, Mənzil Məcəlləsinə dəyişikliklər, Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Avtomobil nəqliyyatı haqqında”, və “Sığorta fəaliyyəti haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər