29 Aprel 2014 10:23
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov onun hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarəyə buraxılması ilə bağlı tapşırıq verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, N.Məmmədov bildirib ki, o, L.Yunusun saxlanılması ilə bağlı o, heç bir açıqlama verməyib.

"Dünən saytlarda gedən xəbər məni həddindən artıq təəccübləndirdi. Hansısa sayt, deyilənə görə, "Turan" agentliyi yayıb ki, Leyla Yunus ilə onun həyat yoldaşı hava limanında xaricə getdikləri zaman mən kiməsə demişəm onları təyyarəyə buraxıblar, sonra təyyarədə saxlayıblar. Tamamilə yalan məlumatdır, bunu yayan hansı sayt, hansı agentlik olur-olsun təxribat ilə məşğul olur və müəyyən fikir formalaşdırmaq üçün bunu edir. Mən, ümumiyyətlə, belə şeylərə münasibət bildirmək istəmirəm, amma bu qədər, bu dərəcədə yalan xəbərlərlə ictimaiyyəti aldatmağı necə qəbul edirlər, bunu başa düşə bilmirəm".

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-na keçən gecə ölkəni tərk edərkən saxlanılıblar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər