Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bu problemi niyə həll etmirik?
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın intellektual idarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən, avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.