17 Yanvar 2019 12:47
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah operativ məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.


Müəllif: Aytən Yusifova