İran rejimi tərəfindən həbs edilən Abbas Lisani və digər güney azərbaycanlı milli-mədəni fəalların qanunsuz həbsinə qarşı etirazlara Avropada yaşayan soydaşlarımız da qoşulub.
Axar.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində azərbaycanlı siyasi məhbuslara, xüsusən Abbas Lisaniyə dəstək aksiyası keçirilib.
Qeyd edək ki, tanınmış güney azərbaycanlı fəal Abbas Lisani yanvarın 15-də Təbriz Məhkəməsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbilə aparılıb. Yayılan məlumatlara görə, fəal saxlandığı gündən aclıq aksiyası keçirir, ona istədikləri ifadələri dilə gətirməsi üçün işgəncə verilir.