25 Fevral 2019 12:40
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər qondarma “soyqırımı” iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər.

Bunu müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu qeyd edib ki, Xocalıda əsrin ən böyük qanlı faciəsi törədilib: "1915-ci ildə Rusiya imperiyasından dəstək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən, Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər".

Baş müşavir vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir: "Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur".

Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Y.Topçu bildirib ki, rəsmi Ankara Yerevanın səmimiyyətinə inanmır: “Ermənilər məcbur qalaraq Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün bu qərara gəlməyimizə əsas verir”.

O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir: “Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bütün bunlardan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir”.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər