5 Mart 2019 13:09
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur.

İnsanların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü vurğulayan deputat bildirib ki, Azərbaycanda prezdentin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər