Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.