9 Aprel 2019 13:26
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesabatda əhatlilik, sənədin genişlənməsini və yeniliklər görürük. Xatırladım ki, biz Hesablama Palatası haqqında qanun qəbul etmişik. Palata imkanları daxilində fəaliyyət göstərir, az qüvvə ilə böyük işlər görür.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirib.

Deputat bir sıra təkliflərlə çıxıb edib: “Hesab edirəm ki, struktur dəyişiklikləri olmalıdır. Prezident tərəfindən ölkədə sosial-iqtisadi sahədə ciddi islahatlar keçirilir. Fəaliyyətini düzgün qurmayan strukturlar ləğv edilir, yeni qurumlar yaradılır. Hesablama Palatası öz fəaliyətinin istiqamətini prezidentin apardığı islahatların sürətinə çatdırmalıdır. Adətən, planlı yoxlamalar nəzərdə tutulur. Biz gözləməliyik ki, kimsə gəlib bir yerdə oturub dağıtsın, sonra yoxlamalar aparılsın və dövlət vəsaitini mənimsəyən şəxsən tələb etsin ki, vəsaiti büdcəyə qaytar? Çox hallarda dövlət vəsaitini mənimsəyən onu geri qaytarmaqdansa, cəza çəkməyi üstün tutur. Mən hesab edirəm ki, yoxlamalar illik, əgər lazımdırsa 6 aylıq aparılmalıdır. Həmçinin ara müddətdə Hesablama Palatası monitorinq aparmalıdır. Əgər lazımdırsa, quruma yeni mütəxəssislər cəlb edilsin. Hesab edirəm ki, gələcək üçün bu təkliflər nəzərə alınsın. Biz yeni mexanizmlər yaratmalıyıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər