26 Aprel 2019 17:37
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

İkinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Racing Point” komandasının sürücüsü Lens Strollun idarə etdiyi bolid beton səddə çırpılıb. Zərbənin gücündən maşının sol təkəri sıradan çıxıb. Bolid trasdan evakuasiya olunub.

Qeyd edək ki, ilk sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub./report/


Müəllif: Teleqraf.com