15 İyul 2019 16:07
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda deyilir:

"İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər