15 İyul 2019 23:15
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal xanım Həkimə Əhmədi Marağa həbsxanasında aclıq aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, xanım fəal saxlanıldığı ağır şəraitə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də İran kəşfiyyatı tərəfindən saxlanılaraq ETTELAAT-ın Mərənd idarəsinin təcridxanasına aparılıb.

O, burada işgəncəyə məruz qalıb, qabırğa sümükləri və barmaqları qırılan fəal oktyabrın 30-da xəstəxanaya aparılmışdı. Bir neçə gün müalicə aldıqdan sonra yenidən həmin təcridxanaya qaytarılmışdı.

Barəsində məhkəmə hökmü olmasa da, hələ də qeyri-müəyyən səbəbdən həbsxanada saxlanılır.

Həkimə Əhmədinin hansı səbəbdən saxlanıldığı və barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər