Baş nazir Novruz Məmmədov bu gün Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Novruz Məmmədov Azərbaycanın Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.
Tərəflər Xəzər regionu ölkələri arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar.
Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirilir.
Forumun təşkilati, informasiya və texniki dəstəyi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Türkmənistan Xarici İşlər Nazirinin rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.