2019-cu ilin yanvar-avqust aylarında Ukrayna 2018-ci ilin eyni dövrü ilə müqayisədə neft və xam neft idxalını 7,7% - 482,155 min tona qədər azaltdı.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fiskal Xidməti məlumat yayıb.
Dövlət xidmətindən bildirilib ki, hesabat dövründə Ukrayna 249,578 milyon dollarlıq neft idxal edib ki, bu da 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 13,6% azdır.
Xüsusilə, yanvar-avqust aylarında Azərbaycandan 229.234 milyon dollar (pay - 91.85%), ABŞ-dan 15.049 milyon dollar (6.03%), Qazaxıstandan 2.596 milyon dollar (1.04%) və digər ölkələr üzrə (habelə Rusiya) isə 2.699 milyon dollar (1.08%) həcmində xammal idxal olunub.