31 Yanvar 2020 22:26
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsinin kimliyi məlum olub.

BDU-dan Teleqraf.com-a verilən məlumata görə, karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.

Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb. Tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib.

Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər