8 Aprel 2020 17:33
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarının artım sayının əsas səbəbi ötən həftələrdə vətəndaşların qaydalara əməl etməməsidir. Vəziyyətin ciddiliyini anlamayıb karantin rejimini pozan vətəndaşların sayı çoxdur. Təmas çox olduqca, yoluxma artır.

Teleqraf.com xəbər bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib:

"Biz müşahidələri davam etdirəcəyik. Əgər vətəndaşlar karantin rejiminə əməl etməsələr, biz daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha müraciət edəcəyik. Çünki biz öz resurlarımızı səfərbər etmişik. 22 tibb müəssisəsi ayrılıb. Reanimatoloqlar, epidemioloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər işə cəlb olunub. Süni tənəffüs cihazları və resurslar analiz edilib. Bakıda xüsusi təlimçi quruplar hazılanıb.

Xəstəliyin qarşısının alınması çox mühimdir. Qaydalara əməl etməsək, süni tənəffüs aparatına keçən xəstələrin sayı artacaq və biz bununla bacara bilməyəcəyik. Süni tənəffüs aparatına bağlanan xəstələri xilas edə bilmərik".

Ramin Bayramlı psixoloji dəstəyə ehtiyacı olan vətəndaşların olduğunu deyib: "Onların arasında tibb işçiləri də var.

Bu baxımdan dəstək məqsədilə psixoloji yardım mərkəzi yaradılır. Təcrübəli psixiatr həkimlər cəlb olunub və tədbirlər qısa müddətdə açıqlanacaq".


Müəllif: Aysel Azad