16 Aprel 2020 00:26
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət nəticə verib.

Teleqraf.com xəbər verir ki, agənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanada tibbi müayinədən keçib. Evinə qayıtdıqdan sonra Məmmədova testinin pozitiv çıxdığını bildirərək, onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Azərbaycanlı tələbənin otaq yoldaşlarının universitetlərdə tətil elan olunması səbəbindən Azərbaycana qayıtdıqları müəyyənləşib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər