Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".