3 Oktyabr 2014 17:01
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasınınnın payız sessiyası öz işinə başlayıb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından Teleqraf.com-a verilən məlumata görə, sessiyanın Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Siyasi və hərbi məsələlər” adlı iclasına ATƏT PA Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, azərbaycanlı millət vəkili Azay Quliyev sədrlik edəcək.

Toplantıda region ölkələrində mövcud olan siyasi və hərbi məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, sesssiya http://www.oscepa.org/ saytı ilə canlı yayımlanacaq.

BƏXTİYAR


Müəllif: