Bu gün Azərbaycanda 556 koronavirusa yoluxma faktı qeydə alınıb. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ümumi yoluxma sayı 17514 nəfər olub.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, 7 nəfər həyatını itirib. Bununla da virusdan ölənlərin sayı ümumi 213 nəfərə çatıb.