İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.