15 İyul 2020 11:12
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ COVID-19 peyvəndinin son sınaq mərhələsinə hazırlanır. Tədqiqatçılar sınaq peyvəndinin ümidləri artırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, peyvəndi professor Antoni Faucinin başçılıq etdiyi Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutundakı həmkarları hazırlayıb.

Son sınaq mərhələsinin iyulun sonunda başlaması planlaşdırılır. Bu test üçün 30 min könüllü var.

Antoni Faucinin sözlərinə görə, peyvəndin həqiqətən işə yaradığını müəyyənləşdirmək bir neçə ay çəkəcək: “Peyvənd olunan insanlarda infeksiyanın qarşısını ala biləcəyinizi görməliyik. Yəni, bunun həqiqətən təhlükəsiz və effektiv olub-olmadığını müəyyən etmək üçün daha çox insana ehtiyacımız var".

Professor yaxın aylarda müxtəlif sınaq mərhələlərinə təqdim etmək üçün təxminən beş əlavə eksperimental peyvəndin olduğunu söyləyib: "Bu təqvim ilinin sonu və 2021-ci ilin əvvəlində cavab alacağımıza ümid edirik. Bir il və ya 18 ay içində insanlar artıq bu dəhşətli virusa yoluxmaqdan narahat olmayacaqlar".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər