Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.
Teleqraf.com xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Şəhidimizin məzarı üstünə tər qərənfil və qızılgüllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız şəhidin yaxın qohumu Məhərrəm Əliyevə təqdim edilib.