18 Sentyabr 2020 18:14
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günündən etibarən ABŞ-da “Tik Tok” əlavəsi tətbiqetmə mağazalarında qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Ticarət katibi Vilbur Ross açıqlayıb.

O bildirib ki, qərar ABŞ Pezidenti Donald Trampın tapşırığı ilə verilib:

“Verilən qərar Prezident Trampın milli maraqlarımızı qorumaq üçün hər şeyi edəcəyinin göstəricisidir. “Tik Tok” noyabrın 12-nə qədər şirkətini satmazsa, istifadəçilər tətbiqdən istifadə edə bilməyəcəklər”.

Xatırladaq ki, bir müddət öncə Tramp sentyabrın 15-nə qədər “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “Tik Tok” əlavəsinin ABŞ-da fəaliyyətini dayandıracağını bildirmişdi. Həmçinin sosial şəbəkənin sahibi olan “ByteDance”nin “TikTok” əlavəsindəki payından tam imtina etməyə çağırmışdı.

ABŞ administrasiyası bu sosial şəbəkənin Çin hökuməti ilə əlaqəsi olduğunu və Pekin üçün məlumat toplamaq məqsədilə istifadə edildiyini düşünür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər