3 Noyabr 2020 15:44
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərinə kassetli silahlarla hücum edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ali komissarın bəyanatında Gəncə hadisələrinə toxunulmaması təəssüf doğurur:

"Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün məhz Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Eyni zamanda onun tərəfindən ermənilər tərəfindən hazırlanmış saxta videoya da istinad vardır ki, bu videonun saxta olduğu Azərbaycan tərəfindən müvafiq strukturların xətti ilə təsdiq olunub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər