Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı razılaşmaların mahiyyətini və mənasını Ermənistan vətəndaşlarına izah etmək üçün xeyli səy göstərir. Kreml bu izahların lazımi qaydada alınacağına ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə Ermənistanda başlayan etirazların qiymətləndirilməsi sualına cavab olaraq “biz onları qiymətləndirmək istəmirik” deyib.
“Baş nazir Paşinyanın bu razılaşmaların mahiyyətini və mənasını izah etmək üçün xeyli səy göstərdiyini bilirik. Ümid edirik ki, bu izahatlar lazımi qaydada alınacaq”, – deyə D.Peskov vurğulayıb.