3 Dekabr 2020 12:30
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Silahlı münaqişə tərəfləri saxladıqları şəxslər haqqında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məlumat verməlidir”.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.

“Qurum mandatına uyğun olaraq, həmin şəxslərə baş çəkir və saxlanma şəraiti, onlarla rəftarla maraqlanır. Həmçinin həmin şəxslərin ailələri ilə əlaqə yaratmasına imkan yaradır. Saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərinin səlahiyyətlərindədir. Münaqişə tərəfləri azad etməklə bağlı qərar verdikdə, saxlanılan şəxs qayıtmaqla bağlı öz arzusunu bildirdikdə və digər tərəf həmin şəxsi qəbul etdiyi zaman BQXK həmin şəxsin geri qaytarılması əməliyyatının təşkilinə kömək edir. Bir daha qeyd edək ki, saxlanılan şəxslərin azad olunması barədə qərar saxlayan tərəflərdən asılıdır. BQXK münaqişə tərəfləri ilə ikitərəfli konfidensial dialoq aparır və həmin dialoqun məzmunu ictimaiyyətə açıqlanmır”, - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər