16 Dekabr 2020 20:30
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər