“Anamın vəfatı ilə əlaqədar başsağlığı verən hər kəsə ürəkdən təşəkkür edirəm”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.
Qeyd edək ki, oktyabrın 15-də C.Uorlik Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə iştirak etməmişdi. Görüşə İqor Popov (Rusiya), Pyer Andryön (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik və Devid Salvo (ABŞ-dan olan həmsədrin köməkçisi) qatılmışdı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdi.
Amerikalı həmsədr isə ailəsindəki fövqəladə vəziyyətlə əlaqədar görüşə qatılmayacağı barədə məlumat vermişdi.
Nərgiz