21 Oktyabr 2014 18:47
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentində Azərbaycanla dostluq qrupu yaradılması təşəbbüsü irəli sürülüb.

Teleqraf.com-un məlumatına görə, qrupun əsas təşəbbüskarı avroparlamentari Notis Marias bildirib ki, bu qrupun yaranması ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir və Avropa Parlamentinin “Xəzər dənizinin sahilində yerləşən strateji ölkə” ilə apardığı işinin genişlənməsinə töhfə verəcək.

Bütün avroparlamentarilərin üzv ola biləcəyi qrup qeyri-formal və tam açıq xarakter daşıyır. Qrupun ayda ən azı bir toplantı keçirməsi, həmçinin mütəmadi tədbir, konfrans, seminar və sərgilər təşkil etməsi planlaşdırılır. Bununla yanaşı, qrup üzvləri bir tərəfdən azərbaycanlı diplomatlar, siyasətçilər, QHT-lər və jurnalistlərlə, digər tərəfdən isə Azərbaycanla maraqlanan Avropa İttifaqı rəsmiləri, siyasətçiləri və fəallarla görüşlər keçirəcəklər.

“Şimalla cənubun, şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan Avropanın yaxın qonşuluğunda sabitliyin gələcəyi üçün müstəsna rol oynayır”, – Notis Matias rəsmi müraciətində bildirib. O həmçinin qeyd edib ki, həm Rusiyaya, həm də İrana yaxın olan Azərbaycan Xəzər dənizindən şərqdə yerləşən ərazilərdən Avropaya malların və enerjinin daşınması üçün əsas keçid nöqtəsi ola bilər.

Qrup üzvlərinin siyahısının dərc olunması və qrupun ilk toplantısı yaxın zamanlarda elan olunacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər