15 Yanvar 2021 13:52
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün tarixi bir gündür. Böyük zəfər, qürur hissini bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa səhərinə səfər ediblər. 28 ildən sonra Azərbaycan tarixində xüsusi yerə sahib Şuşa öz doğmalarını qarşılayır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərə səfərləri həm siyasi, həm də iqtisadi əhəmiyyətə malikdir:

“Bu istiqamətlərdə atılan addımlar da Qarabağımızın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir. İnanıram ki, dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşaya və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. O gün uzaqda deyil!”.


Müəllif: Yeganə Oqtayqızı