22 Yanvar 2021 12:48
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə müəyyən sayda tələbənin təhsil haqqı ödəməsində problem var.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu il ərzində təhsil kreditləri ilə bağlı həm Milli Məclis, həm də hökumət səviyyəsində qərar qəbul edilməsi ilə bağlı plan var: "Bunun bir həll yolu olduğunu hesab edirəm. Bu kreditlərin iki istiqamətdə olmasını düşünürük.

Biri faizsiz kreditlərdir ki, sosial baxımdan həssas olanlara şamil oluna bilər, digəri isə tələbənin bacarıqlarına əsasən hesablanır. Bakalavr səviyyəsində 16500, magistrada isə 1100 nəfər dövlət hesabına təhsil alır".


Müəllif: Aysel Azad