Rusiya Birbaşa İnvestisiya Fondu (RBIF) "Sputnik-V" peyvəndinin Türkiyədə istehsalı üçün bir türk şirkəti ilə müqavilə imzaladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, istehsal üçün tələb olunan texnologiyanın köçürülməsi prosesi başlayıb.
Peyvəndlər həm Türkiyənin daxili bazarına, həm də digər ölkələrə göndəriləcək.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 29-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Rusiyada istehsal olunan "Sputnik V" peyvəndinin Türkiyədə ortaq istehsal ediləcəyini demişdi.