30 Yanvar 2021 20:29
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fevralın 1-də Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, masada müzakirə olunacaq məsələlər içərisində Qarabağ mövzusu da yer alacaq.

Nazirlər hüquq, iqtisadiyyat sahələrində islahatlar və terrorla mübarizə ilə yanaşı Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətləri, Yunanıstanla aparılan danışıqlar, Şərqi Aralıq, Liviya və Suriya məsələləri ətrafında müzakirə aparacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər