Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Bununla da komissiyada baxılan müraciətlərin sayı 450-ni ötüb.
***
09:38
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Teleqraf.com-un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 3 iclası keçirilib və 350-dən çox müraciətə baxılıb.