Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək.
Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
"30 ildir işğal altında olan torpaqlarımızı azad etdik və həmin o müharibə, müharibədə döyüşən qəhrəman əsgər və zabitlərimiz haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkə Türkiyənin kino şirkətləri ilə bigə çalışmaq niyyətindəyik", - deyə nazir vurğulayıb.
Anar Kərimov qeyd edib ki, Türkiyənin bu sahədə olan təcrübəsini öyrənmək və Azərbaycanda bu təcrübədən istifadə etmək niyyətindədirlər.