İran yük avtomobilləri Qarabağa yük daşımır.
Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
İran səfirliyi qeyd edir ki, İran öz yük avtomobillərinin Laçın dəhlizi vasitəsi ilə Qarabağa yük daşınmasını təkzib edir.
İran səfirliyi bildirir ki, İran rəsmilərinin apardıqları araşdırmalara əsasən sosial şəbəkədə yayılan kadrlar həqiqəti əks etdirmir.
Səfirlik əlavə edir ki, iki dost və qardaş ölkənin münasibətlərinin inkişaf etdiyi bir vaxtda, belə əsassız və yalan məlumatlar iki ölkə münasibətlərinin inkişaf etməsini istəməyən qruplar tərəfindən yayımlanır.
Qeyd edək ki, sosial şəbəkələrdə İran yük avtobillərinin Laçın dəhlizi vasitəsi ilə Xankəndinə yük daşımaları ilə əlaqədar kadrlar yayımlanıb.