9 May 14:40
213

Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Müəllif: Teleqraf.com