“Azərbaycan xalqının bəlkə də ən böyük bəlasından biri erməni kimi təcavüzkar düşmənimizin olmasıdır. Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.
“Bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan dövləti möhkəm əllərdədir. Bu gün dövlətimiz qüvvətli və güclüdür. Ən əsası odur ki, dövlət başçımız İlham Əliyevin bu məsələlərdə ən yüksək və keyfiyyətli işlərinin şahidi olmuşuq” deyə Prezidentin köməkçisi əlavə edib.