23 İyun 2021 21:27
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara dənizdə ingilislər və ruslar arasındakı gərginliklə bağlı fərqli açıqlamalar gəlir, hadisələrin gedişini izləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qara dənizdə rus və ingilis hərbi dəniz donanmaları arasında yaşanan gərginliyə mövqe bildirərkən deyib.

Nazir hər ki tərəfin fərqli açıqlamaları ilə əlaqədar həqiqətin ortalığa çıxarılması üçün bu mövzuda Türkiyə tərəfdən də araşdırmalar aparıldığını deyib: “Yaxın saatlarda həqiqət ortaya çıxacaq”.

Qeyd edək ki, Rusiya MN məlumat yayaraq, bu gün Britaniyaya məxsus “Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunur ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib.

Britaniya MN isə Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər