16 İyul 2021 09:54
9 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki-üç gündür ki, sosial şəbəkələrin erməni seqmentində bir hadisə ilə bağlı çoxsaylı paylaşımlar edilir.

Teleqraf.com xəbər verir ki, söhbət 44 günlük müharibə vaxtı Şuşa rayonunun Daşaltı (ermənilər Karin Tak deyir) kəndindən çıxarkən meşəyə buraxılmış Buran adlı madyanın sahibi tərəfindən tapılmasından gedir.

“Qədim, əzabkeş erməni xalqının nümayəndələri” paylaşımlarında bunun real hekayə olsa da dramatik bir filmin ssenarisini xatırlatdığını bildirirlər. Atın sahibi Varditer Vardanyan “Mediamaks” agentliyinə bildirib ki, at 2003-cü ildə onun 6 yaşı olarkən işğal dövründə Daşaltı kəndinin rəhbər şəxslərindən olan atası Artur Vardanyan tərəfindən evə gətirilib. İndi həmin vaxtdan 18 il ötür.

Daşaltı kəndi. 2015-ci ildə çəkilən foto

V.Vardanyanın anası Rena Vardanyan bildirib ki, 44 günlük müharibə zamanı əvvəlcə əri, sonra oğlu döyüşə gedib. “Talesiz müharibə başladı. Əvvəlcə ərim, sonra oğlum döyüşə getdi. Atı balaları ilə birlikdə meşəyə apardım və salamat qalmaları üçün buraxdım. Yalnız bizim atımız deyildi, kənddən olan çox sayda at hamısı birlikdə meşədə idilər. Oktyabrın 29-da biz Daşaltıdan çıxdıq. Döyüşlərin sonu olduğunu düşünürdüm, fikirləşirdim ki, bu gün, ya da sabah qayıdacağam və at bizdən əvvəl və ya sonra evə qayıda bilər”.

Qeyd olunur ki, iki gün əvvəl, gecə yarısı, Renanın əri Arturu dostları Xankəndi-Şuşa yol qovşağına çağırıblar. Artur müharibədən sonra köçdükləri və kirayədə yaşadıqları Şuşa rayonunun Malıbəyli (ermənilər bu kəndimizə də Ajapnyak deyirlər) kəndindəki evdən ayrılıb, bir neçə addım atıb və yol ayrıcında üç at görüb. O, atlardan birinin Buran olduğunu israr edərək dostlarından yaxınlaşmamalarını istəyib. Atın adını iki dəfə çağırıb.

Buran adlı Qarabağ atı

“Buran, Buran dedikdə at dönüb, ərimə tərəf gəlib və yanında dayanıb. Artur atı qucaqladıqda gözlərindən yaş axıb. Ərim atla evə gələndə nə hiss etdiyimizi təsəvvür edə bilməzsiniz... Buranı gördükdə bizə elə gəlir ki, həyatımızın, evimizin ən vacib hissəsi, ailə üzvümüz və Daşaltı qayıdıb”, - deyə R.Vardanyan bildirib.

Əslində, bura qədər baş verənlərlə bizim heç bir işimiz yoxdur. Yəni, tamamilə mümkündür ki, bir at öz sahibini tanısın və ona geri dönsün. Hərçənd ki, həmin atın hansı cinsdən olmasının bu məsələdə oynadığı rol az əhəmiyyət kəsb etməyən məsələdir. Bu, dünya şöhrətli Qarabağ atıdır. Qarabağ atı bir sıra müsbət cəhətləri ilə seçilir ki, baş vermiş hadisəyə də bu prizmadan baxmaq lazımdır. Görünür, ermənilər Qarabağda yaşadıqları müddətdə bu at cinsindən əldə etməyə, onların nəsil artımına nail olublar və bu gün təsərrüfatlarında həmin cinsdən mövcuddur. Onlar zaman-zaman Azərbaycana məxsus maddi və mənəvi irs nümunələri mənimsəyib və sonradan bunu öz adlarına çıxıblar. Biz azərbaycanlılar ermənilərin bu hərəkətinə bir növ adətkərdə olmuşuq. Heyrət doğuran məsələ ev sahibinin oğlu V.Vardanyanın dedikləridir.

O bildirib ki, sonuncu dəfə 2020-ci ilin oktyabrında Daşaltıda yaşadıqları evə baş çəkib. Müharibədən sonra isə Daşaltıda yaşadıqları evi, Daşaltını və Şuşanı “Tik-Tok”, “YouTube” və “Facebook”da azərbaycanlı istifadəçilər tərəfindən yayımlanan video və fotolarda axtaracağını heç ağlına da gətirməyib. Ancaq Azərbaycanın yaratdığı yeni geopolitik reallıqlar onu belə bir axtarış aparmağa məcbur edib və axtarışlar “nəticə” verib: Vardanyan bu axtarışlardan biri zamanı Buranın taylarından birini tanıdığı video tapığını iddia edir.

“Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Şuşaya səfəri zamanı rəqqasların atlara minərək rəqs etdikləri konsert tamaşası nümayiş olundu (söhbət “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyadan gedir). Sonda rəqqaslardan biri atla prezidentlərə yaxınlaşdı. O at bizim Buranın tayıdır (yenə də söhbət tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atından gedir). Onu işarəsindən tanıdıq, alnında ağ iz var və bir ayağı tamamilə ağ rəngdədir. Bu çox kədərli bir mənzərə idi, hər şeydən kədərli...”

Ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı Türkiyə Prezidentinə hədiyyə edilmək üçün gətirilir. 15 iyun 2021-ci il. Şuşa, Cıdır düzü.

V.Vardanyan bildirib ki, Buranın müharibə zamanı iki balası var idi. “Belə söhbətlər dolaşır və görünür, videonun da həqiqəti sübut etdiyi kimi hər iki bala Şuşa ippodromunda saxlanılır”, - deyə o qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev hədiyyə olunan ata baxırlar

Belə, əziz oxucular. Doğrudan da erməni fantaziyası sərhəd tanımırmış. Bu fantaziyanın həddi-hüdudu yox imiş. Əslində bir ölkənin rəsmi dövlət ideologiyasının başçısı (Qaregin Njde) “Tseqakron” təlimində “Mən öz soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Tanrıya daha yaxındır, ali irqdir, mən cismimdə “Tseqakron”u daşıyıram” yazırsa, o xalqın sadə nümayəndəsindən başqa bir şey gözləmək də doğru olmazdı. Axı onlar “böyük və qədim, sivilizasiyalı, mədəni xalqdır”. Qafqazın “əzəli xalqı”, “dənizdən dənizə dövlətçiliyə malik olmuş” ermənilər bu bölgədə gözlə görünən bütün maddi mədəniyyət nümunələrinin “yaradıcılarıdır". Bu fikirlərə artıq lağ, ironiya etməkdən, ciddiyyə almamaqdan başqa yol qalmır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində debat zamanı “Vaxtilə Qafqazda iki xalq olub – ermənilər və gürcülər” deyən Nikol Paşinyanın sözlərini ciddiyə almayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gülərək “ermənilər və ermənilər” deməsi də hər kəsin yaddaşındadır.

Burada başqa bir məqam var. “Mediamaks” informasiya agentliyi Ermənistanın Allah qoymasa ciddi media qurumlarından hesab olunur. Bu holdinqin direktoru Ara Tadevosyan ölkəsinin sayılıb-seçilən jurnalistlərindən biridir.

Ara Tadevosyanın da daxil olduğu Ermənistan nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul olunur. İyun, 2009-cu il.

Xatırlayıram ki, 2009-cu ilin iyununda Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə baş tutan bir günlük Xankəndi, İrəvan və Bakı səfəri zamanı erməni intelligensiyasının nümayəndələri ilə birgə onu da Azərbaycan paytaxtına göndərmişdilər. O, Bakıda keçirilən görüşlərdə iştirak etmiş və hətta Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman ona sual vermək imkanına da malik olmuşdu. Yaxşı, ay Ara Tadevosyan, tutaq ki, sənin hansısa soydaşın belə bir fikirlə çıxış edir, sən onu həqiqət kimi necə qəbul edib cəmiyyətinə sırıya bilərsən? Ara Tadevosyan bu fikirləri bölüşürsə, görün bu etnosun digər nümayəndələri nə gündədir. Onların düşüncələri tamamilə zəhərlənmiş durumdadır.


Müəllif: Səxavət Həmid