17 İyul 2021 17:49
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Avropa İttifaqının prezidentin Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfərinə diqqət çəkib:

“Şarl Mişelin Azərbaycan, Gürcüstan və Ermənistana səfəri regionda post-münaqişə dövrünə uyğun əməkdaşlığı yeni inkişaf mərhələsinə qaldırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi niyyətindən irəli gəlir. İttifaq prezidenti ilk səfərini Ermənistana edəcək, Baş nazir Nikol Paşinyan və Preziden Armen Sərkisyanla danışıqlar aparacaq. Bundan sonra Azərbaycana gələcək Şarl Mişelin Prezident İlham Əliyevlə görüşü gözlənilir. Hesab edirəm ki, Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür.

Qeyd edim ki, Avropa İttifaqı bu məsələdə əsas maraqlı tərəfdir. Nə Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlıdır. Qənaətimə görə, Avropa İttifaqı bölgədə baş verənləri düzgün qiymətləndirə bilir.

Hər iki ölkə Avropa İttıfaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malidkir. Əgər Ermənistan Rusiyanın təhriklərinə qarşı çıxıb Avropa İttifaqının təkliflərini qəbul etsə, sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Amma Ermənistan həm Avropa İttifaqı ilə danışıqlar aparır, həm də Qarabağ və sərhəddə atəşkəsi pozur. Əslində, Rusiya bununla göstərmək istəyir ki, bölgədə sülhə imkan verməyəcək, Avropa İttifaqı isə bunun əksinə israr edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər