Azərbaycandan gələn yanğın-xilasetmə heyəti yanğınların baş verdiyi ərazidə yanğının söndürülməsi üzrə işlərini davam etdirir.
Teleqraf.сom xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Həmrəyliyə çox ehtiyacımız olduğu bu günlərdə vətəndaşlarımızı birliyə dəvət edirəm. Allahın izni ilə bu yanğınların izləri qısa müddətdə silinəcək. İnsan təlafatından başqa hər şeyi bərpa etmək gücünə sahibik", - Ərdoğan söyləyib.
Türkiyə Prezidentinin sözlərinə görə, Azərbaycan, Ukrayna, Rusiya, son anda da İrandan gələn təyyarələrlə meşən yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb.
Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb.