20 Oktyabr 2021 18:14
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə terror təşkilatlarına, silahlı dəstələrə və quldurluğa qarşı mübarizə aparan Nigeriya ilə hərbi və təhlükəsizlik məsələlərində əməkdaşlığını gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Nigeriyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, Nigeriya Türkiyənin Afrikadakı diplomatik nümayəndəliklərinin ən qədimidir: “Afrikadakı səfirliklərimizin sayı 43-ə çatıb. Türkiyə olaraq dost ölkəmiz Nigeriyada yaşananları yaxından izləyirik. Nigeriya ilə hərbi müdafiə əməkdaşlığımızı gücləndiririk.

Müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki imkanlarımızı Nigeriya ilə bölüşməyə hazırıq. Türkiyədə uzun illər PKK, FETÖ, İŞİD kimi terror təşkilatları ilə mübarizə aparıb".


Müəllif: Yeganə Oqtayqızı