27 Noyabr 2014 13:35
23 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın milyonlarla insanı arasında əsas ünsiyyət vasitəsinə çevrilən sosial şəbəkələr hər il ayrı-ayrı ölkələrin vətəndaşları arasında populyarlığını daha da artırır, getdikcə daha çox istifadə toplayır. Bu baxımdan 2004-cü ildə təsis edilmiş “facebook” sosial şəbəkəsi də ildən-ilə populyarlığını artırmaqdadır.

Lakin insanlar arasında geniş ünsiyyət vasitəsinə çevrilən bu virtual məkan son günlər xoşagəlməz proseslər məkanına çevrilib. Söhbət “facebook”da insan alverinin, habelə digər qanunsuzluqların çoxalmasından gedir. Məsələ burasındadır ki, ölkəmizdə də xeyli sayda “facebook” istifadəçisi bu virtual məkandan çirkin məqsədlər üçün istifadə edir.

Virtual fırıldaq - “Kontur şifrəsini yaz göndər...”

İlk öncə qeyd edək ki, “facebook”dan çirkin məqsədləri üçün istifadə edənləri bir neçə cür qruplaşdırmaq olar. Söhbət virtual məkanda ayrı-ayrı insanları aldadaraq tora salanlardan gedir. Saxta profillər yaradaraq özləri üçün hesablar açan bu üzdəniraq istifadəçilər əvvəlcə profillərinə xarici jurnalların, yerli və ya əcnəbi kino aktrisalarının, porno ulduzlarının, manekenlərinin, mügənnilərin açıq-saçıq, intim fotolarını yükləyirlər. Bu, sosial şəbəkənin sadəlövh istifadəçilərinin diqqətini cəlb etmək məqsədi daşıyır.

Daha sonra ayrı-ayrı şəxslərə dostluq təklifi göndərərək onlarla bir neçə saatlıq ünsiyyət qururlar. Əsasən intim mövzuda baş tutan bu cür ünsiyyətin əsas məqsədi sadəlövh istifadəçiləri aldatmaq, onların inamından sui-istifadə etməklə pul qazanmaqdır.

“Facebook”da Günel Məmmədova, Ayka Şirinka, Fahişə Aytən, habelə bu qəbildən olan yüzlərlə saxta və gizli profillərə rast gəlmək mümkündür. Həmin şəxslərin əsl məqsədlərini üzə çıxarmaq üçün cəmi bir neçə dəqiqəlik, hətta saniyəlik dialoq kifayət edir. Bu istifadəçilər dostların onlara yazılan “Salam” sözünə eyni mətnlərlə cavab verirlər: “Salam, kontur yüklə danışaq, burda yazışmıram. Yükləməyəcəksənsə, vaxtımı alma”.

Sadaladığımız profillərin inboxlarına mesajlar yazaraq onların niyyətini üzə çıxardıqda hər şey bütün çılpaqlığı ilə məlum oldu:

- Salam...
- Salam.
-Necəsiniz?
- Super, 10 manatlıq cin şifrəni (söhbət mobil danışıq konturlarının şifrəsindən gedir) yaz göndər telefonda danışaq, virtual sevişək. And içirəm ki, aldatmayacam. Şifrəni göndər, konturu yükləyim, sonra nömrəni yazacam. Aldadan ...-dir (açıq söyüşlə)
“Olmaz ki, nömrənizi yazasınız, hardasa görüşək?” – deyə onu söhbətə tutmaq istədikdə saxta profil sahibi köhnə mesajını yenidən göndərdi:
- 10 manatlıq cin şifrəni yaz göndər, telefonda danışaq. And içirəm ki, aldatmayacam. Şifrəni göndər, konturu yükləyim, sonra nömrəni yazacam. Aldadan ...-dir (açıq söyüşlə) Görüşmürəm, ancaq telefonla...

“Facebook”dakı “dostumuz” bununla dialoqu kəsdi. Qeyd edək ki, sosial şəbəkələrin bu cür saxta profillərinin sahibləri yazışdıqları şəxsləri (xüsusən cavanları) aldadaraq əvvəlcə onlara 5, 10, hətta 20 manatlıq danışıq kartlarının şifrlərini yüklədir, sonra isə “dostlar”ı əngəlləməklə bloka atır, beləliklə yoxa çıxırlar. Əsas məqsəd pul qazanmaqdır.

“Nömrəm budur, zəng et görüşək”

“Facebook”un saxta istifadəçiləri ilə bağlı daha bir xoşagəlməz məqam fahişəliklə məşğul olan qadınların getdikcə bu sosial şəbəkənin xidmətindən daha çox istifadə etmələridir. Hər gün öz hesablarına “Öz evimdə görüşürəm, saatı 30 manat”, “.....nömrəyə zəng et, 1 saat 50 manat”, “Ancaq barda görüşürəm, 1 saat 100 manat, gəlib aparmaq şərtilə” statuslarını yazan gizli profillərin sahibləri getdikcə artır. “Lilu Loren”, “Ehtiras Mələyi”, Gülnarə Mənsibova, Leyla M-va, Aysel A-va, Günay Əliyeva, Damla Doga, Ayan Əliyeva, Rufana Əliyeva, “Jalə Profilimdəki nömrəyə zəng edin”, “... Gəlin” və digər gizli, saxta profillərin sahibləri əslində sosial şəbəkə istifadəçiləri olan əxlaqsız qadınlardır. Bu profillərdən biri ilə ünsiyyət quraraq onu dialoqa çəkdik:

- Salam...
- Privetik...
- Profilindəki nömrə sənindir?
- Həri. Evimdə görüşürəm. Təhlükəsizliyə tam “qarantiya” verirəm. Ancaq ... sekslə məşğul oluram. Evim 28 tərəfdədir. 1 saat 50 manatdı. Səni tam qane edəcəm. Axşam saat 6-a kimi.

Başqa bir istifadəçi Günay Həsənzadə ilə yazışmamızın ilk iyirmi saniyəsində (dialoqu olduğu kimi, hətta orfoqrafiyaya toxunmadan yazırıq) hər şey aydın oldu:

- Salam
- Salam, Hərvaxtin Xeyir Menimle real görüşmək istəsən 5 Azn ya 3 Azn Azercell Şifresi yolla, Men Bakıda 28 Mayda qalıram. 2 saatı 25 Azna Görüşürəm. Eger Sende Bakıda qalırsansa Şifrəni yaz görüşək. Eger Uzaqda Qalırsansa Şifrəni Yaz Zəngləşib telefonda danışaq Söz Veriremki, Seni Aldatmiyacam”.


Səbinə adlı istifadəçi isə konkret ünvan göstərir: “Gəlinəm, 23 yaşım var, öz evimdə görüşürəm, saatı 60 Azn, Qara Qarayev prospekti, “Neftçilər” metrosu yaxınlığı”.

Qeyd edək ki, sosial şəbəkədə hətta əxlaqsız qadınların əlaqə telefonlarını yayan bir neçə səhifə də var. “F... nömrələri” adlı həmin səhifələrdə saxta şəkillər paylaşılsa da, səhifələrin adminləri bir sıra hallarda bəzi qadınların əlaqə telefonlarını da həm əsas səhifədə yayır, həm də mesaj qutusu – inbox vasitəsilə istifadəçilərə təqdim edirlər.

“Facebook”un “rəngli sakinləri”

“Facebook” daimi istifadəçiləri, bu sosial şəbəkədən tez-tez yararlananlar daimi istifadəçiləri yaxşı bilər: - son günlər bu virtual məkanda seksual azlıqların nümayəndələri - lezbiyanlar, mavilər də aktivlikləri ilə seçilirlər. Özləri üçün bir neçə saatlıq cütlük tapmaq üçün bura üz tutan seksual azlıqların yaratdıqları gizli profillərin sayı durmadan artır. Açıq-saçıq, pornoqrafik fotoları profil şəkillərinə çevirib virtual məkana daxil olanların məqsədləri eynidir – özləri üçün cütlük tapmaq, əylənmək. Bu cür tanışlıqlar qısa – bir neçə saatlıq və ya əksinə - uzun müddətli də ola bilir. Təbii ki, belə halların artması virtual məkanın nəzarətsiz sahəyə çevrilməsindən, belə şəxslərin tapılıb üzə çıxarılmasının müşkül məsələyə dönməsindən irəli gəlir. Son günlər “facebook” mübahisələri, tanışlıqları ilə bağlı cinayət hallarının artması, ayrı-ayrı ailələrin dağılması göstərir ki, virtual məkana mümkün qədər nəzarət etməyin, istifadəçilərin davranışlarını müəyyən çərçivəyə salmağın vaxtı çatıb.

Sonda müşahidə etdiyimiz bir maraqlı məqamı da qeyd etməyi məqsədəuyğun sayırıq. Söhbət sosial şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edənlərin profillərinin ömrünün cəmi bir neçə aylıq, bəzən hətta bir neçə günlük olmasından gedir. Virtual məkanda öz maraqlarını təmin edən bu cür istifadəçilər niyyətlərini reallaşdırdıqdan dərhal sonra profillərini bağlayıb yoxa çıxır, yeni saxta profillər yaradırlar. İstənilən halda gənclərə və yeni istifadəçilərə virtual məkandakı “dostluq”ara bel bağlamamaq məsləhət görülür.


Müəllif:

Oxşar xəbərlər