8 Dekabr 2014 22:39
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda əsgərlərin ehtiyata buraxılması dayandırılıb.

Teleqraf.com-unməlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Xəbərdə bildirilir ki, 2012-ci ilin noyabr-dekabrda həqiqi hərbi xidmətə çağırılanlar xidmət müddətini başa vursalar da, ordudan ehtiyata buraxılmayıblar. Bu isə həmin əsgərlərin ailələrində narazılıqlara səbəb olub.
Onların sözlərinə görə, orduda əsgərlərin ehtiyata buraxılmasının səbəbi onları əvəz edəcək yeni çağırışçıların sayında olan çatışmazlıqlardır.

Bundan başqa əhali qorxuya düşüb ki, ordu yeni müharibəyə hazırlaşır. Ona görə də gənc ermənilər orduya getməkdən çəkinirlər. Məhz buna görə də yeni çağırışçılarla bağlı çatışmazlıqlar yaranıb. Orduda xidmət edənlər də ehtiyata buraxılmaq istəyirlər.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan bildirib ki, əsgərlərin ehtiyata buraxılmasının dayandırılmasının səbəbi yeni çağırışçıların sayında olan çatışmazlıqlarla bağlı deyil: "Həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlər bir-iki həftəyə evə buraxılacaqlar". /aznews.az/


Müəllif:

Oxşar xəbərlər